Obyektiv.info
 Valyuta məzənnəsi

Əhmədzadənin idarəsindən cəbhə sabotajı: Haramıda məmurlar yezid zülmü edir

Tarix:21-07-2020, 06:09

Əhmədzadənin idarəsindən cəbhə sabotajı: Haramıda məmurlar yezid zülmü edir



Bir müddət öncə Haramı düzündə məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlər, Fizuli rayon Yuxarı Mil Muğan Hidro qovşağın rəhbərliyi tərəfindən suvarma suyu ilə imtahana çəkildiyi haqda yazmışdıq. Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran şikayətçilərin sözlərinə görə dəfəlrlə lazımi ünvanlara müraciət edildiyi halda, hələ də Xocavənd sakinlərinə qarşı olan bu ögeyliyin səbəbləri bilinmir: “Ətrafımızdan keçən Yuxarı Qarabağ,Aşağı Mil kanalları daim dolu vəziyyətdə olduğu halda, Yuxarı Mil kanalı Yalnız Xocavənd ərazisinə qədər su ilə dolu olur. Bu da əhalinin suvarma suyuna olan ehtiyacını ödəyə bilmir.Əhalini haqlı olaraq bir məsələ düşündürür”.
Şikayətçilər problemlə bağlı ölkə rəhbərliyinə müraciət edib. Surəti cumhuriyyet.az-a göndərilən müraciəti olduğu kimi diqqətinizə şatdırırıq: “Hörmətli cənab prezident.Sizin sərəncamınızla 2012-ci ildə “Səba”-“Qarabağ Taxıl” MMC şirkəti yaradılmışdır.Şirkətin yaradılmasında məqsəd regionda əhalinin işlə təmin olunması və ölkədə taxıl bolluğunun yaradılmasıdır.Lakin hal hazırda şirkət taxıl yox başqa məhsullar,qarğıdalı soya və Haramı düzündə MMC nin yerli direktoru Fikrət Abdullayevin çoxlu tanışları dostları tərəfindən min hektarlarla soğan əkilmişdir. Artıq bir aydır ki, bütün kanal suları məhz Fikrətin göstərişi ilə Haramı düzünə ötürülür. Xocavəndin mərkəzindən keçən kanal isə tamamilə qurumuşdur. Əhali artıq bu susuzluğa, ədalətsizliyə dözə bilmir. Həyətlərdə ağaclar tamamilə qurumuş, toyuq cücə, mal qara susuzluqdan əziyyət çəkir. Dəfələrlə müxtəlif insansiyalara vurulan teleqramalar isə baxılmamış qalır. Mil Muğan hidro qovşağınrəhbərliyi isə Fikrətdən qorxaraq Xocavənd sakinlərini incitməklə məşxul olur. Fikrət isə açıqca deyirki, mən Xocavəndliləri süründürəcəm. Burada haqlı olaraq sual yaranır. Xocavəndlilər Fikrərə nə etmişlər? Biz isə fikirləşirik ki, yəqin müharibə zamanı ermənilərə qarşı çox güllə atdığımıza görə Fikrət bizdən qisas alır. Gör nə günlərə qamışıqki, Hidro Qovşağın Əhməd adlı müdürü Xocavənd sakinlərinə kanalın üstünə çıxmağı qadağan etmişdirki, siz gedin Fikrətin saqqalının altından keçin.O icazə verməsə sizə su verməyəcəm deyir”.
Şikayətçilər cumhuriyyet.az-a bildirib ki, Fikrət və Əhmədin adamları insanları kanala atmaqla hədələyirlər: “Ümumiyyətlə,Fikrətin əməlləri araşdırılsa,orada korrupsiya halları çoxdur. Şəxsi çuğundur sahələri,soğan sahələri.Haramıda olan sahibkarlardan verilən suya görə alınan rüşvət. Hal hazırda Xocavəndin üst tərəfindən Yuxarı Mil kanalı Haramı istiqamətində tam dolu vəziyyətdə,Alt tərəfindən isə Aşağı Mil kanalı tam dolu vəziyyətdə Ağcabədi istiqamətində axır. Səbəbi isə onların Əhmədzadənin bığının altından keçmələri deyilir”.


Oxunub: 25



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər