Obyektiv.info
 Valyuta məzənnəsi

Qusarın icra başçısından şikayət var – Foto

Tarix:21-07-2020, 06:37

Qusarın icra başçısından şikayət var – Foto


“Şair Alxasov Qusar rayonuna icra başçı təyin olunan vaxtdan, hal-hazıra qədər, 13 il ərzində böyük zəhmət hesabına əkilmiş ağacları, meyvə bağlarını, yaşıllıqları məhv edərək, özü, icra hakimiyyətin vəzifəli şəxsləri üçün həmin torpaq sahələrdə, yaşayış evləri, restoranlar, digər təyinatlı kommersiya obyektləri tikdirərək, öz biznesini inkişaf etdirmək və biznes sahələrini genişləndirməklə məşğuldur”.

Bu barədə Qusar şəhər sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun Qaynarinfo-ya ünvanlanan məktubunda deyilir.

Qusar sakini H.Ağamirzəyevin məktubunda yer alan iddialar yetərincə ciddi olduğu üçün onları təqdim edirik:

“- Qusar RİHB-sı Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olmuş internat məktəbin, kimsəsiz şağirdlərdlərin böyük zəhməti hesabına əkilmiş 2 hektara yaxın meyvə bağının sahəsini qanunsuz olaraq naməlum Sumqayıt şəhər sakininə satmış, o da, həmin torpaq sahənin hər sotunu 5-10 min manata sataraq, həmin ərazidə olan yüzlərlə meyvə və digər qiymətli ağacları kəsdirib.

– Şair Alxasov cənabları Qusar şəhərin mərkəzində olan, yeganə təbii park sayılan, N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini qanunsuz zəbt edərək, həmin parkdakı yüzlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, özü üçün ” Yaşıl Park” adlı restoran və avtomaşınlar üçün avtodayanacaq tikdirərək istifadəyə verib.

– Səhiyyə Nazirliyin balansında olmuş, uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxananın 2 hektara yaxın torpaq sahəsini qanunsuz sənədlər əsasında zəbt edərək, həmin torpaq sahəsində olan qiymətli, uzunömürlü ağacları kəsdirərək özünə “Təzə bazar” tikərək istifadəyə verib.

– Qusarda köhnə avtobazanın aşağı hissəsində olan xristian qəbristanlığında 2 hektara yaxın torpaq sahəsini zəbt edərək, həmin qəbristanlıqdakı qiymətli, uzunömürlü şabalıd ağaclarını kəsdirərək, həmin ərazidə 3 ədəd yüksək mərtəbəli yaşayış binası tikdirib. Qəbristanlığın bir hissəsini də, qanunsuz olaraq İH-in əməkdaşı Elman Mustafayevə bağışlayıb. Elman Mustafayev də öz növbsində həmin ərazidəki şabalıd ağaclarını kəsdirərək, özü üçün qəbristanlıqda çoxlu sayda kommersiya obyektləri tikdirərək istifadəyə verib”.

Səslənən iddialarla bağlı göndərilən görüntüləri də təqdim edirik:
Pis.az

Qusarın icra başçısından şikayət var – Foto
Qusarın icra başçısından şikayət var – Foto
Qusarın icra başçısından şikayət var – Foto
Qusarın icra başçısından şikayət var – Foto
Qusarın icra başçısından şikayət var – Foto
Qusarın icra başçısından şikayət var – Foto

Oxunub: 121



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər