Obyektiv.info
 Valyuta məzənnəsi

Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...

Tarix:5-08-2020, 12:03

Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...


Pandemiya şəraiti, karantinin uzadılması və Tovuz istiqamətində baş verənlər bəzi məmurlara özbaşınalıqlara yol vermək, əyər-əskiklərini ört-basdır etmək imkanı yaradıb.
Anaxeber.info-nun verdiyi məlumata görə, bu fürsətdən əməlli-başlı yaralanan, karantinin uzadılması üçün bəlkə də dua edənlərdən biri Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İradə Gülməmmədovadır.
Gələn bilgilərə görə, Abşeron İH rəhbəri günlərini sayır və sərəncam veriləcəyi günü gözləyir. Bu müddətin uzanması isə ona sərf edir və siyasi rəhbərliyin yanında etimad yaratmaq üçün möhlət istəyir.
Söhbət İ.Gülməmmədovanın yol verdiyi korrupsiya, baş memar Akif Əliyevin güdaza getməsi və rüşvət ittihamı ilə həbs olunmasından gedir.
Xanım icra başçısı ilk gündən Abşeron İH-də antikorrupsiya əməliyyatı keçirilməsini gizlətməyə çalışırdı.
Amma bu miqyasda hadisəni hara qədər ört-basdır etmək olardı və nəhayətdə baş memar A.Əliyev qurban verildi.
Onun tikinti işləri ilə bağlı ayrı-ayrı şəxslərdən rüşvət aldığı iddia olunur və barəsinə həbs-qətiimkan tədbiri seçilib.
Amma körpə uşaq da bilir ki, reallıqlar nədən ibarətdir və baş memar icra başçısını razılığı, xəbəri olmadan heç bir qanunsuzluğa gedə bilməz.
Əldə etdiyimiz xəbərlərə görə, icra başçısı istintaqa cəlb olunub və bu iş üzrə dindirilib. Əlbəttə, Gülməmmədovanın istintaqa nələr deməsindən və himayəçisinin başçını qorumasından çox şey asılı olacaq. Eyni zamanda baş memarla hansı sövdələşmə olduğunu da söyləyə bilmərik.
Lakin A.Əliyevin istintaqa ifadəsində rüşvət alarkən icra başçısının məsələlərdən agah olduğunu qeyd etdiyi deyilir. Bu isə onsuz da vəziyyəti ağır olan icra başçısının vəzifədən azad olunacağı deməkdir.
Sadəcə, İradə xanım ölkə gündəminin başqa hadisələrlə qaynamasından vaxt udur və ümid edir ki, Abşeron İH-dəki əməliyyata görə onu cəzalandırmaz, vəzifədən azad etməzlər.
Məlumatlarda iddia edilir ki, xanım icra başçısı baş memarı “günah keçisi” seçməklə özünü böyük məsuliyyətdən xeyli dərəcədə azad edib.
Anaxeber.info yazır ki, Abşeron icra başçısının rüşvət piramidasının başında dayandığını tanınmış hüquqşünas Aslan İsmayılov da təsdiqləyib.
O, başına gələnləri yazarkən məlum olub ki, əslində Akif Əliyev İH-də həlledici fiqur deyil, təlimatları yerinə yetirir. Sitat: “Akif müəllim rəsmi baş memar olsa da sənədlərin tamlığını yoxladıqdan sonra yaxınımla birgə icra hakimiyyətində oturub bütün məsələləri həll edən Emil adlı şəxsin yanına gedir, sənədlərin qaydasında olduğunu Emilə bildirib kömək etməsini xahiş edir.
Həmin şəxs sənədlərin Başçı tərəfindən təsdiq edilməsi üçün, mənim də xahişimi nəzərə almaqla 35 min manat vermək lazım olduğunu bildirir.
Bunlar mənə bildirilən kimi yenidən Akif müəllimə zəng edib diqqəti üçün təşəkkür edib bildirdim ki, mən ömrümdə heç kimə rüşvət verməmişəm və verməyəcəm.
Söhbətdən Akif müəllim tutuldu və elə söhbətlərdən xəbəri olmadığını, çirkli işlərə qarışmadığını bildirdi.
Başa düşdüm ki, Akif müəllim baş memar olsa da sənədləşmə işində bütün səlahiyyətlər başçının pul yığanı kimi tanınan Emil adlı şəxsdən asılıdır”.
A.İsmayılovun üzləşdiyi faktın özü də sübut edir ki, İ.Gülməmmədova baş memarı güdaza verməklə bulaşdığı çirkabdan təmiz çıxmağa can atır.
Ümumiyyətlə, Abşeronda bir mərtəbəli evlər 3000-4000, iki mərtəbəli evlər üçün isə 7000-10000 aralığında rüşvət istənilir.
İcra başçısının komandası tələb olunan məbləği ödənmədiyi halda vətəndaşa ərazidə görünməməyi tövsiyə edir. Qeyd edək ki, Qarabağ qazilərinin başına gətirilən müsibətlər haqda mətbuatda çox yazılıb.
Son məlumata görə, rayon şefi İ.Gülməmmədova bütün idarə və müəssisə rəhbərlərinə ehtiyatlı davranmağı, kabinetlərində “təmizlik” işlərinin aparılmasına göstəriş verib.
Baş memarın həbsindən sonra isə İH tikinti işləri ilə bağlı qeyri-rəsmi ödənişləri dayandırıb.
Onsuz da pandemiya tikintiyə ciddi təsir edib və digər tərəfdən İH məmurunun rüşvətlə saxlanması başçının qanını qaraldıb.
Ümumiyyətlə, ölkənin yeganə xanım icra başçısı olan İradə Gülməmmədovanın ona göstərilən etimadı doğrultmadığı göz önündədir.
Ötən müddətdə Abşeron rayonunda ev tikintisi qalmaqalına görə Qarabağ qazisinin özünü və evini yandırmasından tutmuş, xanım başçının rayon məktəblərinə paylanan gündəliklərdə özünü ölkə rəhbəri kimi təqdim etməsinə qədər müxtəlif məqamlar mətbuata yol açıb.
Bütün digər həmkarları kimi, İ.Gülməmmədova da rəhbərlik etdiyi rayonda özünə biznes imperiyası yaradıb.
Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var.
Bunlardan ən məşhurları isə Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir.
Ancaq ölkə prezidentinin apardığı kadr siyasəti və komandanı yeniləməklə bağlı həyata keçirdiyi işlər, o cümlədən idarəçilikdə yanaşmaların dəyişməsi belə əsas yaradır ki, baş memarı rüşvətlə tutulan icra başçısı bu postda uzun müddət qala bilməyəcək...

Anaxeber.info
Turan

Oxunub: 375



XƏBƏR LENTİ