Obyektiv.info
 Valyuta məzənnəsi

Kamaləddin Heydərovun xanımı 48 min manata ofis icarəyə götürdü

Tarix:14-08-2020, 15:19

Kamaləddin Heydərovun xanımı 48 min manata ofis icarəyə götürdü


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ofis yerinin icarəsi üçün elan etdiyi tenderin qalibi məlum olub.

Yenisabah.az xəbər verir ki, fevral ayında elan edilən tenderin nəticələri bir neçə gün əvvəl açıqlanıb və bəlli olub ki, qalib Heydərova Ruhəngiz Muxtar qızıdır.

O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri olan olan Ruhəngiz Heydərovaya ofis yerinin icarəsi üçün 48 840 AZN ödəyəcək.

Mərkəzin icarəyə götürdüyü bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Oxunub: 63



XƏBƏR LENTİ