Obyektiv.info
 Valyuta məzənnəsi

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri hansı məbləğə “transfer” olunub?

Tarix:5-09-2020, 08:35

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri hansı məbləğə “transfer” olunub?


Cəlilabad RTŞ-nin ciddi araşdırmalara ehdiyacı var. Bu barədə dosye.org-ın elektron ünvanına daxil olan şikayət məktubunda qeyd edilib. Oxucularımızın xahişini nəzərə alıb şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk:

“Artıq hər kəsə bəllidir ki, bir çox rayonlarda təhsil gəlir mənbəyi olduğu üçün təhsil yox dərəcəsindədil. Lakin eşidirik ki, hər il rayonlardan çox yuxar balla şagirdlər qəbul olur. Sual oluna bilər ki, bəs onda bu şagirdlər kimlərdir ?

Həmin şagirdlərin bir qismi imkanlı şəxslərin övladlarıdır ki, valideynləri onları repititor yanına qoymaqla uğurlar əldə edirlər.

Digər qismi isə əsasən paytaxt məktəblərinin şagirdləridir ki, rahat şəkildə kursa və ya repititor yanına getsinlər deyə adlarını rayon və kənd məktəblərinə yazdırırlar. Ancaq elə başa düşməyin ki, həmin şagirdlərin adını təmənnasız olaraq məktəbə yazılır. Və düşünməyin ki, bunun qiyməti çox aşağıdır. Çünki, burada hər kəsin öz payı var. Başda RTŞ müdiri, İnspektor və məktəb direktoru. Qiymətlər buna görə də bahadır və 1000-1500 azn arası dəyişir.
Cəlilabad məktəblərində bu hal kütləvi hal alıb. Həmin məktəblərdən biri də Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbidir. Rəsmi şəkildə məktəbdə guya 200 şagird təhsil alır, ancaq yoxlansa həmin şagirdlərin yarısının məktəbdə olmadığı aşkarlanacaq. Məktəbdə 100 şagird olsa böyük şeydir, hələ məktəb jurnalında adları olmayanları demirəm. Məktəbdə təhsil verən müəllimlərin sayı da rəsmi olaraq real olduğundan çox azdır. Bu korrupsiyanın arxasında duran qüvvə isə məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Dünyamalıyev Balafər Meşəxan oğlundan tuttmuş Cəlilabad rayon təhsil şöbəsində inspektor vəzifəsində çalışan Ağaxan Ağayev və RTŞ müdiri Qərənfil Əhmədovaya kimi uzanır. İş bununla da bitmir Qərənfil Əhmədova isə bununla bağlı şikayətləri önləmək üçün Təhsil Nazirliyində DNŞ-nin əməkdaşları və zona üzrə kurator Əhliyyət Adığözəlova qədər hər kəsin payını verir. Bu işdə günahkar bəzi məqamlar var ki, onlarla bağlı gələcəkdə yazacıyıq.”
Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri hansı məbləğə “transfer” olunub?

Görünür, Təhsil Nazirliyində DNŞ-nin əməkdaşları və zona üzrə kurator Əhliyyət Adığözəlovun cəlilabad adlı bazarının rəhbəri Qərənfil Əhmədova çəkinmədən açıq şəkildə qanunsuzluqlara imza atır. Mənbə iddia edir ki, hazırda dosye.org saytı ilə əməkdaşlıq edən bütün şəxslər nəzarətə götürülüb. Əlbətdə ki, təhsilimizə vurulan ən ağır zərbənin qarşısından bir addım belə geri çəkilməyəcəyik. Bu barədə Təhsil Naziri cənab Emin Əmrullayevə rəsmi məktub ünvanlanacaq. Araşdırmalarımız davam edir…

Oxunub: 360



XƏBƏR LENTİ