Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ

Tarix:12-09-2020, 12:45

Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən ölkə üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Ağdam İcra Hakimiyyətindən bildiriblər ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Ağdam İcra Hakimiyyətinin tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bununla əlaqədar rayonda bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftəsonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Eyni işlər məktəblərdə də yüksək səviyyədə aparılır.


Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ
Ağdamda məktəblərin və bağçaların açılmasına ciddi hazırlıq gedir-RƏSMİ

Oxunub: 121



XƏBƏR LENTİ