Obyektiv.info
 Valyuta məzənnəsi

Vaqif Abdullayevin deputatlıq arzusu-VİDEO

Tarix:21-09-2020, 13:49

Vaqif Abdullayevin deputatlıq arzusu-VİDEO

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s.

Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən…

Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi…

Maraqlıdır ki, əksər kreslo ilə vidalaşanlardan fərqli olaraq, V.Abdullayev mətbuatdan qaçmadı. Hətta işdən azad olan kimi dərhal”Facebook” sosial şəbəsində profil açaraq, “mən də sizlərdən biriyəm” mesajını verdi.

Qafqaz.tv bildirir ki, sabiq başçı bununla da yekunlaşmadı.

“Atatürk” Mərkəzinin direktoru olan Nizami Cəfərovla dostluğu karına gəldi. Ötən il yarım ərzində bu mərkəzdə Vaqif Abdullayevin iki kitabının təqdimatı keçirildi.

Bir kitab İlham Əliyevə, ikincisi Mehriban Əliyevaya həsr olunub. Təmtəraqlı keçən təqdimatlarda Çingiz Qənizadə, Tağı Əhmədov və bir sıra məşhurlar iştirak edib. Kitablara gəlincə , təqdimatda bu kitabları tərifləyənlərin demək olar heç biri onları oxumayıb.

Zatən kitablarda heç bir yenilik yox. Jurnallarda, saytlarda gedən xəbər və müsahibələrdir.

Sadəcə bahalı üz qabığı və dizaynına yaxşı pul xərclənib.

Vaqif Abdullayev yenidən icra başçısı olmağa iddialı da deyil.

Sadəcə ümid edir ki, parlament buraxılacaq, təkrar seçkilər keçiriləcək.Ola bilər ki, şansı gətirsin və deputat seçilsin.

Hər halda buna ümid edir və çaba göstərir.

Ancaq onun iqtidara sadiqliyi təqdim etdiyimiz videodan görünür.

Vəzifədə olarkən Beyləqandakı Heydər Əliyev parkını necə satışa çıxarması heç kimə sir deyil. Unudulmayıb da.


Oxunub: 73



XƏBƏR LENTİ