Obyektiv.info
 Valyuta məzənnəsi

Mövlud Çavuşoğlu: Bakıya Azərbaycana dəstək olmaq üçün gəlmişəm, hər zaman onun yanında olacağıq

Tarix:6-10-2020, 15:29

Mövlud Çavuşoğlu: Bakıya Azərbaycana dəstək olmaq üçün gəlmişəm, hər zaman onun yanında olacağıq



Azərbaycan xalqına dəstəyimi göstərmək üçün oktyabrın 6-da Bakıya gəlmişəm. Hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dövrdə Bakıya səfər edirəm. Biz Azərbaycanla kədərimizdə də, sevincimizdə də birgə olacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib: “Bütün dünyaya bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bu günədək qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər. Ermənistan bir sıra yaşayış məntəqələrinə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu, müharibə cinayətidir, Ermənistanın çarəsizliyinin göstəricidir. Azərbaycan isə heç vaxt mülki vətəndaşları hədəfə almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir”.

Oxunub: 27



XƏBƏR LENTİ