Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?




Ağdam rayon İcra Hakimiyyətinin Ərazi İdarə etmə orqanları ilə iş şöbəsinin müdiri Mənsur Quluyev dövlət xidmətində çalışmasına baxmayaraq hərbi xidmətdən yayınıb.

Bu barədə obyektiv.info-a daxil olan məlumatda bildirilir ki, Mənsur Quliyev Birinci Qarabağ müharibəsi zamanı həqiqi hərbi xidmətdən yayınmaq üçün həyat yoldaşının adına saxta II qrup əlilik dərəcəsi alıb.

Qeyd edək ki, həmin dövrün qanunvericiliyinə əsasən həyat yoldaşı I, ya da II qrup əlil olan şəxslər hərbi xidmətdən azad olunurdular. Mənsur Quliyev də bu qanundan yararlanaraq həyat yoldaşına saxta əlilik alıb və hərbi xidmətdən yayınıb. Hazırda isə Mənsur Quliyev Ağdam rayon İcra Hakimiyyətinin Ərazi İdarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəəsində çalışır.

Xatırladaq ki, mövcud qnunvericiliyə əsasən hərbi xidmətdə olmayan şəxslər dövlət qulluğunda çalışa bilməzlər.
Onuda bildirək ki, M Quliyev ixtisasca baytardır

obyektiv.info