Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub


Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.