Obyektiv.info
 Valyuta məzənnəsi

18 yaşlı hamilə qadının MÜƏMMALI ÖLÜMÜ

Tarix:5-12-2019, 15:32

18 yaşlı hamilə qadının MÜƏMMALI ÖLÜMÜ


İsmayıllıda hamilə qadın qəfil ölüb.

Rayon Mərkəzi Xəstəxanasından Lent.az -a verilən məlumatda, həyatını itirən 18 yaşlı Nərminə İbrahimovaya hansısa xəstəliklə bağlı diaqnoz qoyulmadığı bildirilib. Məlumata görə, gənc qadın əvvəllər hansısa xəstəliklə bağlı xəstəxananın qeydiyyatında olmayıb və ölümündən əvvəl də səhhəti ilə bağlı müraciət etməyib. Buna görə də xəstəxana qadının ölümünü gözlənilməz hesab edib.

APA -nın məlumatına görə, hadisə dünən axşam saatlarında İsmayıllı rayonu, Talış kəndində baş verib. Kənd sakini İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri onu halsız vəziyyətdə bayıra çıxararaq təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.İbrahimova bu il ailə həyatı qurub və 8 aylıq hamilə idi.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub: 198



XƏBƏR LENTİ