Obyektiv.info
 Valyuta məzənnəsi

İmişli məhkəməsində biabırçı olay-icraçılar hakimin qətnaməsinin icrasını mümkünsüz hesab etdilər

Tarix:14-01-2020, 00:39

İmişli məhkəməsində biabırçı olay-icraçılar hakimin qətnaməsinin icrasını mümkünsüz hesab etdilər

İmişli məhkəməsində biabırçı olay-icraçılar hakimin qətnaməsinin icrasını mümkünsüz hesab etdilər


İmişli rayonu, Qulubəyli kənd sakini Şahbazova Könül Zəfərqızı saytımıza məktib yollayıb və KIV vasitəsilə prezident İlham Əliyevdən kömək istəyib.
Onun şikayəti İmişli rayon Məhkəməsinin hakimi Qurban Hacıyev barəsindədir.

Könül xanım bildirir ki, keçmiş həyat yoldaşı Şahbazov Hamil Kamal oğlu ilə birgə nigahdan iki azyaşlı övladı var. 01 may, 2009-cu il təvvəllüdlü Nuray və 2011-ci il təvəllüdlü Murad:

“ Ailə münasibətlərimizdə ciddi ziddiyyətlər baş verdiyinə görə boşanmaq və iki azyaşlı uşağımın mənə verilməsi üçün İmişli Rayon Məhkəməsinə iddia ərizəsi ilıə müraciət etdim. İmişli Rayon Məhkəməsinin (hakim Qurban Hacıyev) 08 oktyabr , 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edildi.
Beləki həyat yoldaşımla aramızda bağlanmış 11 iyun, 2009-cu il tarixli nigah pozuldu. Birgə nigahdan anadan olmuş qızım Nuray atası Hamil Şahbazovun yanında, oğlum Murad isə mənim yanımda qalması barədə qətnamə çıxarıldı.

Qeyd edim ki, qətnamə qəbul edilənə qədər, 8 ay müddətində hər iki uşağımı keçmiş həyat yoldaşım Hamil Şahbazov məndən məcburi almışdı.

Apelyasiya Şikayəti verilmədiyinə görə qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərildi.
Problem ondadır ki, hakim Qurban Hacıyev əslində oğlum Muradın Hamil Şahbazovdan alınıb mənə verilməsi barədə qərar çıxarmalı idi. İmişli rayon İcra və Probasiya Şöbəsində mənə bildirdilər ki, hakim düzgün qətnamə çıxarmayıb. Beləki uşağın mənim yanımda qalması deyil, uşağın Hamil Şahbazovdan alınıb mənə verilməsi barədə qətnamə çıxarılmalı imiş.
Hazırki qətnamənin icrası mümkünsüzdür. Hakim Qurban Hacıyev qarşı tərəfin nüfuz dairəsinə xidmət edərək belə bir ziddiyyətli qərar çıxarmışdır. Belə olan istiqamətdə mən nə etməliyəm? Kimə müraciət etməliyəm.”

Bu sualı ədliyyə naziri Fikrət Məmmədova ünvanlayırıq. Bir hakimin ki, qətnaməsini eyni sistemdə çalışan icraçılar absurd hesab edir, icrasını mümkünsüz sayır- vətəndaş nə etəlidir?
Axı hər bir hakim qətnaməni Azərbaycan respublikasının adından çıxarır, öz adından deyil. Bu məhkəmə biabırçılığını kimin ayağına yazaq? Mövzuya qayıdacağıq.

Oxunub: 194



XƏBƏR LENTİ
Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir