Obyektiv.info
 Valyuta məzənnəsi

Beyləqan polisi əməliyyat keçirdi – saxlanılanlar var

Tarix:11-08-2020, 03:31

Beyləqan polisi əməliyyat keçirdi – saxlanılanlar var


Beyləqan rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan bir qrup şəxslər Beyləqan Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Beləki, Beyləqan rayon, Eyvazallar kənd sakini Zeynalov Qabil Xudaverdi oğlu 02 avqust 2020-ci il tarixdə Beyləqan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə, saat 14:00 radələrində yaşadığı kənd ərazisində yerləşən otlaq sahəsinin baş tərəfindənki xırdabuynuzlu heyvanları saxladığı ağuldan özünə məxsus biri 180 (yüz səksən) manat, digəri isə 150 (yüz əlli) manat dəyərində, 2 (iki) baş iribuynuzlu heyvanın tanımadığı iki nəfər şəxs tərəfindən oğurlandığını, nəticədə ona 330 (üç yüz otuz) manat maddi ziyan dəydiyini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.

Bundan başqa, Beyləqan rayonu, Eyvazallar kənd sakini Bəşirov Tural Murtuzəli oğlu 01 avqust 2020-ci il tarixdə Beyləqan Rayon Polis Şöbəsinəərizə ilə müraciət edərək 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı
kənd ərazisində yerləşən otlaq sahəsinin baş tərəfindəki xırdabuynuzlu heyvanları
saxladığı ağuldan özünə məxsus hər biri 150 (yüz əlli) manat dəyərində, 3 (üç) baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, nəticədə ona 450 (dörd yüz əlli) manat maddi ziyan dəydiyini bildirərək
bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq cinayətlərini Ağcabədi rayon sakinləri Əliyev Səyyad Məhəmmədəli oğlu və Ələsgərov Elməddin Bayram oğlunun törətmələri müəyyən edilmiş, adları qeyd edilən şəxslər 02 avqust 2020-ci il tarixdə Ağcabədi rayon ərazisində saxlanılaraq
Beyləqan Rayon Polis Şöbəsinində aparılan araşdırma üzrə təqdim edilmişdir.
Faktla bağlı hazırda araşdırma aparılaparılır.

P.S Bu gün DİN tərəfindən​ ölkəmizdə Сinayətkarlıqla mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Hazırda ​Prezident İlham Əliyevin daima etimadını öz peşə fəaliyyəti ilə doğruldan DİN-i general-polkovnik Vilayət Eyvazovun məhz rəhbərliyi altında öz polis peşəsinəböyük məsuliyyətlə yanaşan və üzərinə düşən​ xidməti vəzifəsini yüksək keyfiyyətlə yerinə yetirənlər sırasında Beyləqan Rayon Polis Şöbəsini​ qeyd etmək olar.
DİN-i general-polkovnik Vilayət Eyvazovun tövsiyyə və tapşırıqlarına uyğun Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının xidməti fəaliyyətində yüksək peşəkarlıq nümayiş etməsi heç də təsadüfi deyil.​ Bir sözlə peşəkar nazirin​
tabeliyində peşəkar da kardlar yetişər. Məhz belə kadrlardan da biri Beyləqan RPŞ-nin rəisi polkovniki Rüstəm Cəfərovdur. Demək olar Rüstəm Cəfərovun Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyinatından sonra rayon ərazisində ictimai-siyasi sabitlik, ictimai asayişin təmin olunması
dahada möhkəmlənmiş, cinayətkarlıqla mübarizə tədbirləri, ən əsası polislə vətəndaş arasında ədalətli və daha da etibarlı münasibətlərin təməli gücləndirilmişdir.
Yeni rəis vəzifəsinə təyin olunan​ Rüstəm Cəfərov ilk gündən öz yüksək idarəçiliyi və peşəkarlığı, vətəndaşlara qarşı böyük mehribançılıq, nəzakətlə davranması, polislə vətəndaş arasında qarşılıqlı etibar və​ möhkəm inam yaratmışdır.​ Demək olarki Polis polkovniki Rüstəm Cəfərov tabeliyində kadr secimində də
yanilmayib.
Öz işini yüksək səviyyədə yerinə yetirən Mahir Məhərrəmov, Kamil Axundov, Samir Musayev, Nicat Rzayev kimi əməliyyat heyətində​ nümunə kimi qeyd etmək olar. ​ Rayon ərazisində əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılmaqla ictimai sabitlik tam şəkildə təmin olunmuşdur.
Respublikada ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, cinayətlərin yüksək açılma göstəricilərinin arxasında şəxsi heyətin gecəli-gündüzlü, fədakar xidmətinin dayandığını danılmaz faktdır.
Azərbaycanı yenidən xaos, anarxiya girdabına yuvarlamağa müstəqillik yolundan sapdırmağa yönəlmiş pozuculuq hərəkətlərinin,qanunsuz əməllərinin qarşısınındaxili işlər orqanları tərəfindənbundan sonra da qətiyyətlə alınacağına əminliklə söyləyə bilərik.
Vüqar Qasımov

Oxunub: 51



XƏBƏR LENTİ