Neftçalada ev, Lənkəranda istirahət mərkəzi yanıb

Neftçalada ev, Lənkəranda istirahət mərkəzi yanıb





Neftçala rayonunda fərdi yaşayış evi yanıb.
obyektiv.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Bankə qəsəbəsində ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 13 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Lənkəran rayonunda qeydə alınıb.

Məlumata görə, rayonun Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.