Obyektiv.info
 Valyuta məzənnəsi

Allahverdiyev Rəhim Allahverən oğlu

Tarix:31-08-2018, 20:44

Allahverdiyev Rəhim Allahverən oğlu

Rəhim Allahverdiyev boks və kikboks idman növləri üzrə onlarla Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibləri yetişdirib. Idmanda qazandıgı uğurlarına və xidmətlərinə görə 2011-ci ildə Azərbaycan respublikasının prezidenti cənab Ilham Əliyevin sərəncamı ilə Allahverdiyev Rəhim Allahverən oğlu Azərbaycan respublikasının fəxri vətəndaşı adına laiq görülüb.

2016-cı il Bakı:
Rəhim Əliyev kikboks üzrə AFSO interkontinental dünya kəmərnin qalibi.

2015-ci il Bolqarıstan. Kikboks WAKO versiyası üzrə dünya kuboku: Ruslan Əliyev qızıl medal.

2012-ci il Bakı.
Boks üzrə Tələbələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal.

2010-cu ildə dünya həvəskar boks asosasiyası (AIBA) tərəfindən Qazaxstanda keçrilən konfransda Şaban Şahpələngov planetin ən gənc və ən güclü boksçusu seçilib.

2011-ci il Italiya.
Kikboks WAKO versiyası üzrə gənclərin avropa çempionatı: Zaur Ramazanov qızıl, Kamran Orucov qızıl, Nicat Rəhimov gümüş, Məhəmməd Nəsirov, Ismayıl Əliyev və Rauf Əmirbəyov bürünc medallar qazanıblar.



2009-cu il Xorvatiya.
Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin avropa çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov gümüş, Şakir Xəlilov, Məhəmməd Nəsirov və Kamran Orucov bürünc medallar qazanıblar.

Ilk təhsilnə1983-cü ildə Məmişli kənd orta məktəbində başlayıb və 1993-cü ildə Bakıda 1 saylı Fizika Riyaziyyat və informatika təmayülü litseyində orta təhsilini əla qiymətlərlə bitirib. 1993-cü ildə Azərbaycan Dövlət Iqtisad Universitetinin “ informatika və idarəetmə” fakultəsinə daxil olub və 1997-ci ildə həmin təhsil ocaqını əla qiymətlərlə başa vurub. Hal hazirda 2-ci ali təhsilini Azərbaycan dövlət bədən tərbiyyəsi və idman akademiyasının tək mübarizəçilik fakultəsində boks ixtisası üzrə 5-ci kursunda davam etdirir.
Rəhim Allahverdiyev 1993-cü ildən Bakıda boksla məşğul olmaga başlamış 1993-cü ildən 2000-ci ilədək boks üzrə respublika və bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. Bu uğurlarına görə boks üzrə IDMAN USTASI adına layiq görülüb.
Rəhim Allahverdiyev boksla yanaşı kikboks idman növü ilə də məşğul olub.
2000-ci ildən 2008 -ci ilədək Azərbaycan milli yığma komandasının tərkibində dəfələrlə Azərbaycan çempionu, dünya, avropa və beynəlxalg turnirlərin qalibi və mükafatçısı olub.
2002-ci ildə Yunanıstanda dünya üçüncüsü.
2004-cü ildə Italiyada dünya ikincisi.
2005-ci ildə kişilər arası kikboksing üzrə Azərbaycan çempionu.
2006-cı ildə Moskvada peşəkarlararası interkontinental kəmərin sahibi.
2008 -ci ildə Kipirdə dünya çempionatında qızıl medal qazanarag dünya çempionu olub. Bütün bu uğurlarına görə Rəhim Allahverdiyev kikboks idman növü üzrə əməkdar IDMAN USTASI adına laiq görülüb.
Rəhim Allahverdiyev öz kariyerası ilə bərabər 2000-ci ildən Qızıl əlcək idman klubunda boks və kikboks idman növləri üzrə baş məsqçi vəzifəsində fəaliyyətə başlayıb.
2007-ci ildən kikboks üzrə gənclərdən ibarət Azərbaycan milli yığma komandasının baş məşgçisi kimi çalışmağa başlayıb. Məsqçi kimi fəaliyyətə başladıkdan sonra qısa zaman ərzində yetirmələri Azərbaycan və dünya arenalarında böyük ugurlara imza atiblar.

Allahverdiyev Rəhim Allahverən oğlu 10 sentyabr 1976-cı ildə Gürcüstan Respublikası Dmanisi (Başkeçid) Rayonun Məmişli kəndində anadan olub.

2008-ci il Italiya.
Kikboks VAKO versiyası üzrə gənclər və yeniyetmələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov qızıl, Vaqif Bəhlulzadə, Məhəmməd Nəsirov, Kamran Orucov və Zaur Ramazanov bürünc medallar qazanıblar.

2010-cu il Bakı.
Kikboks WAKO versiyası üzrə kişilərin avropa çempionatı: Elçin Bayramov qızıl medal.

2010-cu il Bakı.
Boks üzrə gənclərin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal qazanmış və gənclərin 2010-cu ildə Sinqapurda keçirləcək ilk olimpia oyunlarına vəsiqə qazanmış.

2012-ci il Slovakiya.
Kikboks WAKO versiyası üzrə dünya çempionatı: Rəhim Əliyev gümüş, Sərxan Əsgərov bürünc medal qazanıblar.

2013-cü il Russiya.
Boks üzrə Russiya dünya kombat oyunları: Elnur Suleymanov gümüş medal.

2016-cı il Rio olimpia oyunları: Boks üzrə Kamran Şahsuvarlı bürünc medal.

2018-ci il Italiya.
Boks üzrə gənclərin avropa çempionatı: Nicat Həsənov gümüş medal qazanaraq 2018-ci ilin oktyabr ayında Argentinada keçriləcək gənclərin 3 cü olimpia oyunlarına lesenziya qazanıb.

Məsqçi kimi göstərdiyi nəticələrinə görə 2011-ci ildə boks üzrə Azərbaycan respublikasının əməkdar məsqçisi adına laiq görülüb.
2013-cü ildə Qazaxstanın Astana şəhərində dünya boks asosasiyası AIBA tərəfindən beynəlxalg dərəcəli 3 ulduz məsqçi sertifikatına laig görülüb.


Nuranə Abdullayeva

Oxunub: 259



XƏBƏR LENTİ