Obyektiv.info
 Valyuta məzənnəsi

"Qarabağ" üçün uğurlu hakim Xorvatiya - Azərbaycan oyununda

Tarix:18-03-2019, 15:28

"Qarabağ" üçün uğurlu hakim Xorvatiya - Azərbaycan oyununda
"AVRO-2020"nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri açıqlanıb.

obyektiv.info xəbər verir ki, UEFA qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadasına həvalə edib. Matçı Georgi Kabakov idarə edəcək. Ona Martin Marqaritov və Divan Valkov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.

Georgi Kabakov 2015/16 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Monteneqroda "Rudar" (Plevliya) ilə matçını idarə edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Oxunub: 151



XƏBƏR LENTİ