Obyektiv.info
 Valyuta məzənnəsi

Çempionlar Liqasının mükafat fondu rekord məbləğə çatdırıldı

Tarix:5-04-2019, 12:11

Çempionlar Liqasının mükafat fondu rekord məbləğə çatdırıldıVoleybol üzrə Çempionlar Liqasınının mükafat fondunda dəyişiklik edilib.

obyektiv.info xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) başa çatmaqda olan mövsümün iştirakı komandalarına 3 milyon 547 min avro paylayacaq. Bu turnirin tarxində rekord olacaq. İki il əvvəl yarışın mükafat fondu 1 milyon 871 min avro olub. İki il ərzində bu məbləğ təxminən iki dəfə artırılıb.

Qeyd edək ki, Çempionlar Liqasında həm qadınların, həm də kişilərin mübarizəsinin qalibləri 400 min avro mükafat alacaq. Gümüş medalçılara 200, yarımfinalda uduzan komandalara 125 min avro veriləcək.

Bundan başqa komandalar hər qələbəyə görə 15, məğlubiyyətə görə 5 min avro alacaq. Təsnifat mərhələsində isə bu məbləğ daha azdı:

I raund
Qələbə - 2 min avro
Məğlubiyyət - 1,5 min avro

II raund
Qələbə - 3 min avro
Məğlubiyyət - 2 min avro

III raund
Qələbə - 5 min avro
Məğlubiyyət - 2,5 min avro

IV raund
Qələbə - 7,5 min avro
Məğlubiyyət - 3 min avro

1/4 finalda qazanılacaq hər qələbə klublara 10 min avro əldə etmək imkanı verəcək. Məğlublar isə 4 min avro alacaq.

Oxunub: 148



XƏBƏR LENTİ