Obyektiv.info
 Valyuta məzənnəsi

"Roma" futbolçularına bu şəxslə şəkil çəkdirməyi qadağan etdi - Şok səbəb

Tarix:18-04-2019, 12:43

"Roma" futbolçularına bu şəxslə şəkil çəkdirməyi qadağan etdi - Şok səbəb
"Roma" klubu futbolçularına kanadalı məşhur müğənni Drake ilə şəkil çəkdirməyi qadağan edib.

obyektiv.info xəbər verir ki, buna səbəb sənətçi ilə şəkil çəkdirməyin uğursuzluq gətirməsinə inanılması olub.

Şəkil çəkdirdiyi futbolçulara uğursuzluq gətirdiyinə inanılan Drakenin son "qurbanı" PSJ olub. Paris klubunun futbolçusu Layvin Kurzava 1:5 hesabı ilə yenildikləri "Lill" matçından əvvəl kanadalı müğənni ilə şəkil çəkdirib. PSJ bu oyunda heç-heçə sayəsində də çempionluğunu rəsmiləşdirəcəkdi. Amma komanda 5 qol buraxaraq şok yaşayıb.

"Roma" klubu isə bunu Layvin Kurzavanın Drake ilə şəkil çəkdirməsinə bağlayaraq sosial mediadan açıqlama yayaraq futbolçularına qadağa qoyub: "Mövsümün sonunadək bütün futbolçularımızın Drake ilə şəkil çəkdirməsi qadağan olunur".



Bunun ardınca bir sosial media istifadəçisi "Drake lənəti"nin qurbanı olan futbolçuların olduğu foto paylaşıb. Həmin paylaşımda Drake ilə şəkil çəkdirdikləri həftə komandaları uduzan futbolçular yer alıb.

"Roma" futbolçularına bu şəxslə şəkil çəkdirməyi qadağan etdi - Şok səbəb

Oxunub: 79



XƏBƏR LENTİ