Obyektiv.info
 Valyuta məzənnəsi

Messinin atası La Liqaya məktub göndərdi, ancaq…

Tarix:5-09-2020, 08:27

Messinin atası La Liqaya məktub göndərdi, ancaq…


“Barselona”nın futbolçusu Lionel Messinin atası Xorxe Messi La Liqa rəhbərliyinə məktub göndərib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, məktubda argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləni tək tərəfli ləğv etmək ixtiyarında olduğunu bildirib. X.Messi 33 yaşlı oyunçunun müqaviləsində 700 milyon avroluq təzminatla bağlı bəndin müddətinin bitdiyini vurğulayıb.

Ancaq La Liqa rəsmi saytı vasitəsi ilə açıqlama Messinin müqaviləsində yer alan 700 milyon avro təzminatın müddətinin davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Messinin “Barselona”dan ayrılmaq istədiyi bildirilir.

Oxunub: 40



XƏBƏR LENTİ