Obyektiv.info
 Valyuta məzənnəsi

"Qarabağ"dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama

Tarix:14-09-2020, 09:00

"Qarabağ"dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama



Azərbaycanda koronavirusla bağlı xəbərlər Koronavirus online
"Qarabağ"dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama
"Qarabağ"dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama
Azərbaycan Premyer Liqasında II turun "Keşlə" ilə səfər matçında zədələnmiş "Qarabağ" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəliib.

Klubun mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, 23 yaşlı hücumçunun diz bağları və vətərlərində qırıq aşkarlanmayıb. Əvəzində Emrelinin ayağında ciddi burxulma üzə çıxıb. Onun nə zaman sıraya dönəcəyi bədəninin verəcəyi reaksiyadan asılı olacaq. Futbolçunun Norveç "Molde"si ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda çıxış edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Mahir Emreli "Keşlə" ilə oyunun 37-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Matç qolsuz tamamlanıb. "Molde" ilə görüş sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Oxunub: 27



XƏBƏR LENTİ