"Neftçi"yə haqsızlıq etmədiyimdən əmin olun" - Namiqdən vida mesajı

"Neftçi"yə haqsızlıq etmədiyimdən əmin olun" - Namiqdən vida mesajı



“Bursaspor”a (Türkiyə) keçən millimizin üzvü Namiq Ələsgərov sabiq u “Neftçi” ilə vidalaşıb.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı İnstaqram hesabında yazıb:

“Bildiyiniz kimi, müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatinda oynamaq şansından yararlanmaq istəyirəm. Məsələyə aydınlıq gətirmək üçün çox sevdiyim və məni həmişə dəstəkləyən sadiq “Neftçi” azarkeşləri qarşısında hesabat verməyi özümə borc bilirəm. Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, "Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyindən "Neftçi"dən ayrılmaq məcburiyətindəyəm. “Neftçi” klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm. Amma hər kəs bir yol seçir və mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnşallah, sizin də dəstəyiniz və dualarınızla bu arzumu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağam”.

Qeyd edək ki, "Bursaspor" ötən gün N.Ələsgərovu transfer etdiyini açıqlayıb.