Obyektiv.info
 Valyuta məzənnəsi

"Hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə iş quracaq" - İlham Əliyev

Tarix:30-10-2018, 12:00

"Hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə iş quracaq" - İlham Əliyev"Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var".

obyektiv.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də "Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır: "Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri – pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq".

"Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük. Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq. Taxılçılıqda yaxşı nəticələr var. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir. Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, məşğulluğun artırılması ilə bağlı özünüməşğulluq proqramı icra edilir və hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə özü iş quracaq və öz güzəranını yaxşılaşdıracaqdır.

Oxunub: 131



XƏBƏR LENTİ
HƏBSDƏKİ BAŞ MEMARIN BACISI İNTİHAR EDİB… – Akif Əliyevin qardaşı Prezidentdən kömək istədi
Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Tovuzda həyəcan siqnalı - Xüsusi çevik dəstə göndərildi - FOTO
Daha bir məmur oğlunun bahalı avtomobil kolleksiyası-Fotolar
Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA
“Vidadi İsayev rahat olsun deyə…” – İcra başçısı yolkəsənlik edir
Nazirlikdən yeni dərs iliylə bağlı açıqlama: “DAVAMİYYƏT VACİB OLMAYACAQ”
Dövlət Komitəsinin sədri videoqəbul keçirib
Teatrşünas Anar Burcəliyev: "Gəncənin mərkəzində olan Hacı Mir Qasım Ağa kəhrizinin bərpa edilməsinə böyük ehtiyac var".
Bakıda ucuz qiymətə sosial mənzillər - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? - TƏBİB-dən AÇIQLAMA
Milyonluq şirkətin kağız üstündəki direktorları
“Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Qax Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirib
“İradə Gülməmmədova söz vermişdi ki, 10 günə onu həbsdən qurtaracaq” - DETALLAR