Obyektiv.info
 Valyuta məzənnəsi

Azərbaycan ilə Dağıstan arasında dəmiryol nəqliyyatı üçün sərhəd keçid qaydaları sadələşdirilə bilər

Tarix:15-02-2019, 15:56

Azərbaycan ilə Dağıstan arasında dəmiryol nəqliyyatı üçün sərhəd keçid qaydaları sadələşdirilə bilərAzərbaycan ilə Dağıstan arasında dəmiryol nəqliyyatı üçün “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçid qaydaları sadələşdirilə bilər. Hazırda həmin buraxılış məntəqəsinin inkişafı üçün vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Şimali Qafqaz məsələləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bu barədə TASS agentliyinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, bu il “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin inkişafı üçün maliyyə vəsaiti ayrılıb. O.Ruhullayeva daha sonra bildirib ki, qatarların hərəkəti zamanı sərhəddən keçidin rəsmiləşdirilməsini sürətləndirmək barədə danışıqlar aparılması nəzərdə tutulur. O deyib: “Finlandiya ilə sərhəddə biz bu məsələni sürətləndirmişik”.

Nazir müavini qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında sərhəddən keçid rejiminin sadələşdirilməsi Azərbaycan ilə Rusiya arasında turist mübadiləsini stimullaşdıran beynəlxalq turizm marşrutu yaratmağa imkan verəcək.

Oxunub: 138



XƏBƏR LENTİ