Obyektiv.info
 Valyuta məzənnəsi

Plastik kartla kreditlərin verilməsinə başlanıb -3 TƏŞKİLATDAN BİRGƏ LAYİHƏ

Tarix:18-02-2019, 13:43

Plastik kartla kreditlərin verilməsinə başlanıb -3 TƏŞKİLATDAN BİRGƏ LAYİHƏ

“Finexkredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlamışdır.

“Finexkredit”in yaydığı məlumata görə, kartların müştəri adına rəşmiləşməsi və kredit vəsaitinin plastik karta köçürülməsi prosesi bir neçə dəqiqə ərzində həyata keçirlir.

İlk olaraq bu əməliyyatlar “Finexkredit” ASC-nin 2 saylı Bakı filialında tədbiq olunmuşdur. Növbəti mərhələdə şirkətin bütün filiallarının bu layihəyə qoşulması nəzərdə tutulmuşdur.

"Bu kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət edir. Üçtərəfli saziş nağdsız əməliyyatların həcminin artırılması proqramı çərçivəsində baş tutmuşdur", - məlumatda bildirilir.

“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan beynəılxalq audit şirkətidir.

Oxunub: 132



XƏBƏR LENTİ