Obyektiv.info
 Valyuta məzənnəsi

Bakıda ucuz qiymətə sosial mənzillər - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR

Tarix:12-08-2020, 09:32

Bakıda ucuz qiymətə sosial mənzillər - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsandakı mənzillərin növbəti partiyasını satışa çıxarıb.
Eləcə də bax: Bakıda 1 otaqlı mənzillərin - ENDİRİMLƏ SATIŞI BAŞLAYIB

Şirkətdən FED.az-a verilən məlumata görə, ümumilikdə 502 mənzil satışa çıxarılıb.
Mənzillərin 79-u 1 otaqlı, 377-si 2 otaqlı, 46-sı 3 otaqlıdır.

Mənzillərin qiyməti 1 otaqlılar üçün 32 min 130 manat, 2 otaqlılar üçün 43 min 10 manat, 3 otaqlılar üçün 57 min 120 manatdan başlayır.

Bu - kreditlə alış qiymətləridir. Mənzilləri nağd şəkildə əldə etmək də mümkündür. Bu zaman 10% endirim nəzərdə tutulur.

Nağd əldə edildikdə 1 otaqlı mənzili 28 min 917 manata, 2 otaqlı mənzili 38 min 709 manata, 3 otaqlı mənzili 51 min 408 manata əldə edə bilərlər.

Mənzillərin satışı illik 4%-lə 3-30 il müddətinə mümkündür. Minimal ilkin ödəniş mənzilin qiymətinin 10%-ni təşkil edir.

Məsələn, mənzilin ilkin 10%-ni ödədikdən sonra illik 4% ilə 30 il müddətinə aldıqda aylıq ödəniş 1 otaqlı mənzildə 138-143 manat, 2 otaqlı mənzildə 185-253 manat, 3 otaqlı mənzildə 245-268 manat təşkil edir.

Oxunub: 143



XƏBƏR LENTİ