Obyektiv.info
 Valyuta məzənnəsi

“NAR” “CANLI KİTAB” SOSİAL LAYİHƏSİNƏ BAŞLADI

Tarix:23-10-2019, 21:25

“NAR” “CANLI KİTAB” SOSİAL LAYİHƏSİNƏ BAŞLADISosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən “Nar”, “Radio Antenn” 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələritanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara yazılacaq.

Eyni zamanda,bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirindəsəsləndirilir.Layihənin əsas məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri haqqında maraqlı məlumatlar, həmçinin əsərlərindən seçmələr verməklə bədii ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.

Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar üçün audio kitabxananın əsası qoyulmuş olacaq.

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək”Radio Antenn” 101 FM-in yayımında dinləyə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Oxunub: 163



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini