Əli İnsanov İlham Əliyevi dəstəklədi – YAP rəhbərliyindən reaksiya (VİDEO)

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyi barədə bəyanat verib. O, bildirib ki, partiya İdarə Heyətində iki günlük müzakirələrdən sonra bu qərara gəliblər.

HƏP sədri video müraciətində Azərbaycanın xarici siyasətində son vaxtlar baş vermiş mühüm hadisələri sadalayıb. Ə.İnsanov Prezident İlham Əliyevin ölkədə və xaricdə keçirdiyi görüşlərin qarşıda duran problemlərin həlli istiqamətində uğurlu hadisələr kimi qeyd edib.

“Azərbaycanın xarici siyasəti ölkə Prezidenti Cənab İlham Əliyevin siyasəti deməkdir”, - deyən partiya sədri, İdarə Heyətinin bütün üzvlərini bu siyasəti dəstəkləməyə dəvət edib.

Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri, o cümlədən, Norveçdən (onlayn) HƏP sədrinin 1-ci müavini, polkovnik İsa Sadıqov və ABŞ-dan (onlayn) HƏP sədrinin müavini, sabiq nazir Qüdrət Quliyev də müzakirələrə qatılıb. İdarə Heyətinin üzvləri yekdilliklə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər. Daha sonra səsvermə keçirilib və qərar qəbul edilib.

“Haqq Ədalət Partiyası olaraq daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiyimizi bəyan edirik. Partiya İlham Əliyevin siyasi kursunu dəstəkləyir”, -deyə Əli İnsanov öz müraciətində bəyan edib.Əli İnsanov İlham Əliyevi dəstəklədi – YAP rəhbərliyindən reaksiya (VİDEO)
Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyi barədə bəyanat verib. O, bildirib ki, partiya İdarə Heyətində iki günlük müzakirələrdən sonra bu qərara gəliblər.

HƏP sədri video müraciətində Azərbaycanın xarici siyasətində son vaxtlar baş vermiş mühüm hadisələri sadalayıb. Ə.İnsanov Prezident İlham Əliyevin ölkədə və xaricdə keçirdiyi görüşlərin qarşıda duran problemlərin həlli istiqamətində uğurlu hadisələr kimi qeyd edib.

“Azərbaycanın xarici siyasəti ölkə Prezidenti Cənab İlham Əliyevin siyasəti deməkdir”, - deyən partiya sədri, İdarə Heyətinin bütün üzvlərini bu siyasəti dəstəkləməyə dəvət edib.

Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri, o cümlədən, Norveçdən (onlayn) HƏP sədrinin 1-ci müavini, polkovnik İsa Sadıqov və ABŞ-dan (onlayn) HƏP sədrinin müavini, sabiq nazir Qüdrət Quliyev də müzakirələrə qatılıb. İdarə Heyətinin üzvləri yekdilliklə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər. Daha sonra səsvermə keçirilib və qərar qəbul edilib.

“Haqq Ədalət Partiyası olaraq daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiyimizi bəyan edirik. Partiya İlham Əliyevin siyasi kursunu dəstəkləyir”, -deyə Əli İnsanov öz müraciətində bəyan edib.

[video=http://https://youtu.be/c6yXKTpvd8Q]