Obyektiv.info
 Valyuta məzənnəsi

Hikmət Babaoğlu: Prezident İlham Əliyevin sərəncamı gənclərə qayğının növbəti təzahürüdür

Tarix:15-02-2019, 15:53

Hikmət Babaoğlu: Prezident İlham Əliyevin sərəncamı gənclərə qayğının növbəti təzahürüdürAzərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam ölkənin gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Doğrudur, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi başa düşülür və əlbəttə, kifayət qədər düzgün məntiqə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, dördüncü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha ciddi mərhələyə qədəm qoyur. Gələcəyin inkişaf etmiş və dünyada söz sahibi olan xalqları da elə bu mübarizədə qalib gələn cəmiyyətlər olacaq. Ona görə də bu mühüm tarixi prosesdən geri qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daim səfərbər etməli, milli inkişafımızın gələcəyinin təmin olunması üçün çalışmalıdır.

Milli Məclisin deputatı bildirib ki, bu mənada təqaüdlərin verilməsi ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elmi qarşısında yeni üfüqlər açacaq. Məsələ ondadır ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir. Bir müddət əvvəl magistrlərin həbi xidmətdən azad edilməsi haqqında qanun qəbul olundu, daha sonra alimlərin mənzil–məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin verilməsi ilə bağlı mühüm sərəncam imzalandı.

Göründüyü kimi, bu addımların biri-birinin tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli tədbirlər olduğunu deyən H.Babaoğlu əlavə edib ki, hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir: “Ümid edirik ki, qəbul olunan bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə yanaşı, həmçinin intellektual əmək sahəsində məhsuldarlığın artmasına gətirib çıxaracaq”.

Oxunub: 111



XƏBƏR LENTİ
Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir