Obyektiv.info
 Valyuta məzənnəsi

Milli Məclisin növbəti plenar iclası keçirilir

Tarix:19-02-2019, 13:42

Milli Məclisin növbəti plenar iclası keçirilir
Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

İclasda Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında müzakirələr aparılacaq.

Deputatlar “Kitabxana işi haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlarda, Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar. Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.

İclasda “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmək pensiyaları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxacaqlar. Bundan əlavə “Ümumi təhsil haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Eyni zamanda, iclasda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda, Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.
Oxunub: 161



XƏBƏR LENTİ