Obyektiv.info
 Valyuta məzənnəsi

Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib

Tarix:4-03-2019, 14:10

Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində təşkilatın Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, forumun fəaliyyəti haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycan ilə mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycanın Gənclər və İdman Nazirləri Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan II İcraçı Model İƏT oyunlarına, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyini bildirib.

Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvlərinin "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirib.

Elmar Məmmədyarov forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət edib.

Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Oxunub: 146



XƏBƏR LENTİ