Obyektiv.info
 Valyuta məzənnəsi

Hikmət Hacıyev: İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər problemi ilə bağlı tədbirlər davam etdiriləcək

Tarix:10-04-2019, 12:19

Hikmət Hacıyev: İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər problemi ilə bağlı tədbirlər davam etdiriləcək BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib.

Konfransın nəticələrini AZƏRTAC-a şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasını xarici siyasətimizin qarşısında mühüm tapşırıqlar kimi qoyub. Bu xüsusda Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirilir. Belə ki, martın 5-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda hərbi işğal altında olan ərazilər və üçüncü tərəflərin məsuliyyəti adı altında beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının malik olduğu peyk imkanlarından istifadə etməklə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi fəaliyyətləri sübut edən faktlar müəyyən olundu və bu da bir hesabat formasında beynəlxalq ictimaiyyətə təqdim edildi.

Bu prosesin ardınca isə bu gün BMT-nin Cenevrə Bölməsində “İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlər və onun insan hüquqlarına təsiri” mövzusunda konfrans keçirildi. Bu tədbirə paralel olaraq, Strasburqda Avropa Şurasının mənzil-qərargahında da qeyri-qanuni fəaliyyətlər və onun Avropa Şurası qarşısında götürülmüş öhdəliklərlə ziddiyyət təşkil etməsi və ona təsirləri mövzusunda konfrans keçirilir. Bu, onu göstərir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, kompleks şəkildə bütün istiqamətlərdə aidiyyəti beynəlxalq təşkilatlarda bu mövzu ardıcıl surətdə qaldırılır və beynəlxalq problemin tərkib hissəsində Azərbaycan Respublikasının üzləşdiyi problem də dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Şöbə müdiri qeyd edib ki, bugünkü konfransda məhz qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri mövzusuna toxunulub. Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq, xüsusilə də Cenevrə Konvensiyaları nöqteyi-nəzərindən baxdıqda və beynəlxalq təcrübəyə müraciət etdikdə, aydın şəkildə görünür ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi dövlətlər üzərinə konkret beynəlxalq hüquqi məsuliyyət də qoyur. Buna baxmayaraq, Ermənistan Respublikası öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində bir neçə istiqamət üzrə qeyri-qanuni fəaliyyətlər aparır. Bunların arasında narahatlıq doğuran məqamlardan biri də Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma siyasətinin aparılmasıdır. Belə ki, Suriyadan olan qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, burada demoqrafik tərkibin dəyişdirilməsi, həmçinin işğal edilmiş ərazilərdə Azərbaycanın maddi-mədəniyyət abidələrinin dağıdılması və talan edilməsi, onların Azərbaycan xalqına mənsubluğunu bildirən memarlıq xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərilir, addımlar atılır.

Beynəlxalq hüquqda bu məsələ aydın şəkildə müəyyən olunsa da, dövlətlərin milli qanunları səviyyəsinə gəldikdə, burada ziddiyyətlər üzə çıxır. Açıq şəkildə qeyd etməliyik ki, bəzi dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərirlər və bu məsələ də bu gün konfrans çərçivəsində müzakirə olundu.

Hikmət Hacıyev, həmçinin diqqətə çatdırıb ki, bu kimi tədbirlər davam etdiriləcək. BMT-nin aidiyyəti üzrə digər təsisatlarında, o cümlədən Nyu-Yorkdakı mənzil-qərargahında da bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Oxunub: 99



XƏBƏR LENTİ
Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir