Obyektiv.info
 Valyuta məzənnəsi

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

Tarix:17-04-2019, 10:24

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Oxunub: 139



XƏBƏR LENTİ