Obyektiv.info
 Valyuta məzənnəsi

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsüsi sessiyası keçiriləcək.

Tarix:7-07-2020, 12:20

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş              Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsüsi sessiyası keçiriləcək.


Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsüsi sessiyası keçiriləcək.

Azərbaycanın geniş vüsət almış beynəlxalq təşəbbüslərinin COVİD-19 pandemiyası dövründə daha da artması diqqəti cəlb etməyə bilməz. Çox müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə yeni və müasir formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir. Cari ilin aprel və may aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələrin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilmiş və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilmişdir. Hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidentinin COVİD-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini və BMT-ni bu unikal fürsətdən faydalanmağa, hamıya eyni dərəcədə təhlükə olan ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. COVİD-19 kimi amansız virusa qarşı mübarizədə dövlətlərin çoxunun birgə mübarizə əvəzinə özünütəcridə meylli olması, qlobal təşəbbüs göstərilməməsi, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının problemə yetərincə diqqət yetirə bilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formasında xüsusi sessiyasının çağrılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsidir. Azərbaycanın artan əhəmiyyəti və beynəlxalq iştirakçılığı onu beynəlxalq icmanın ən fəal və çevik iştirakçılarından biri kimi tanıtmışdır. Dəfələrlə Azərbaycan Prezidentinin regional və beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq.
Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusu getdikcə yüksəlir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb edir. Prezident İlham Əliyev beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur.
Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərdi. COVİD-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Ölkəmiz bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. Dünya birliyində bir sıra hallarda qarşılıqlı etimadın və həmrəyliyin çatışmadığı indiki dövrdə sadalanan həmin prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin prinsiplərə inam dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirir, onun diplomatik nailiyyətlərinin fundamentini təşkil edir, Azərbaycanın beynəlxalq hüquq və dəstəkdən faydalanmaq imkanlarını qat-qat gücləndirir.
Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq.
Allahverən Əliyev Yeni Azərbaycan Partitası Ağdam rayon təşkilatının sədri.

Oxunub: 321



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini