Obyektiv.info
 Valyuta məzənnəsi

Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"

Tarix:12-07-2020, 10:37

Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"

Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"



"Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir".
Bunu AMEA-nın prezidenti Ramin Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.
O qeyd edib ki, əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir.
"Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir.
Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.

Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir. AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm".

Oxunub: 52



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər