Obyektiv.info
 Valyuta məzənnəsi

43 partiya Prezidentə və orduya dəstək bəyanatı imzaladı: milli həmrəyliyə doğru böyük addım

Tarix:15-07-2020, 21:03

Azərbaycanda fəaliyyət göstərən 43 siyasi partiya Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna dəstək bəyanatı imzalayıb.
Bu, ölkədə çox mühüm faktor olan həmrəyliyin, iqtidar-müxalifət, dövlət-xalq birliyinin ən bariz təzahürüdür.


43 partiya Prezidentə və orduya dəstək bəyanatı imzaladı: milli həmrəyliyə doğru böyük addım

Obyektiv.info bəyanatı olduğu kimi təqdim edir:
"İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törədib. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilib.
Erməni hərbiçiləri iyul ayının 13 və 14-də də döyüşləri davam etdirib, habelə Ermənistan – Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərib. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Təəssüf ki, düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də itkilərə məruz qalıb. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar, həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar.
Allah şəhidlərimizə rəhmət etsin!
Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.
Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsinə aid olmayan sərhəd zonasında baş verməsi təsadüfi olmayıb onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya, nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.
Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik.
Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzadılan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.
15 iyul 2020-ci il
1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
2. AĞ Partiya – Tural Abbaslı
3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
4. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
5. Azadlıq Partiyası – Əhməd Orucov
6. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
7. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
9. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
10. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev
11. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
12. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
13. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
14. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
15. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
16. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
17. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
18. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
19. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
20. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
21. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
22. Birlik Partiyası – Xudadat Xudiyev
23. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
24. Böyük Quruluş Partiyası – Fazil Mustafa
25. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
26. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
27. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
28. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
29. Ədalət Partiyası – İlyas İsmayılov
30. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
31. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
32. Qorqud Partiyası – Firudin Kərimov
33. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
34. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
35. Milli Konqres Partiyası – İxtiyar Şirinov
36. Milli Vəhdət Partiyası – Yunus Oğuz
37. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
38. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
39. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
40. Vəhdət Partiyası – Tahir Kərimli
41. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
42. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
43. Yeni Zaman Partiyası – Musa Ağayev"

Oxunub: 55



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər