Obyektiv.info
 Valyuta məzənnəsi

RUSİYA NARAHATLIĞINI DİLƏ GƏTİRİR: “BAKI VƏ ANKARA ARASINDAKI SIX DOSTLUQ MOSKVA ÜÇÜN TƏHLÜKƏDİR”

Tarix:21-07-2020, 06:56

RUSİYA NARAHATLIĞINI DİLƏ GƏTİRİR: “BAKI VƏ ANKARA ARASINDAKI SIX DOSTLUQ MOSKVA ÜÇÜN TƏHLÜKƏDİR”



Son dövrlər Türkiyə ilə Rusiya arasında bir müddətdir davam edən strateji müttəfiqlik fərqli məcraya qədəm qoyur. JAMAZ.İNFO xəbər verir ki, Ankaranın artıq bütün regionlarda özünə yer etməsi və bir çox bölgələrdə isə təşəbbüsü ələ alaraq, daha ciddi siyasətə üstünlük verməsi münasibətlərin gərilməsinə gətirib çıxarıb.
Suriyada İran və Rusiya hərbi kontingenti ilə toqquşmalara getməkdən çəkinməyən Türkiyə, Liviyada da rusların dəstək verdiyi Xəlifə Həftəri küncə sıxışdırmağa başlayıb. Qətərdə hərbi baza yaradan, İraqda isə Kərkükü əldən verməyən Ankara, Qarabağ məsələsində də Azərbaycanın yanında olduğunu bəyan edir.
Qeyd edək ki, son günlər, xüsusən də Tovuz cəbhəsində baş verən sonuncu olaylardan sonra Türkiyənin açıq hərbi və siyasi dəstək təklif etməsi Kremli narahat etməyə başlayıb. Daha doğrusu, Moskva Ankaranın çəkinmədən bu qədər irəli gedə biləcəyini ya hesablaya bilməyib, ya da hesablasa belə, bu qədər açıq ifadə olunacağını gözləmirmiş. Elə bu səbəbdəndir ki, rus mətbuatı Kremldən aldığı təlimata əsasən, hələlik çox da sərt tonda olmadan Ankara-Moskva münasibətlərini müzakirəyə çıxarıb. Daha dəqiq ifadə etsək, ruslar Ankaraya “bizim ərazilərimizə girməyə cəhd etmə” mesajını verməyə çalışırlar.
JAMAZ.İNFO xəbər verir ki, bu gün Rusiyanın tanınmış “Qazeta Rossiya” qəzetinin rəsmi saytı olan “Gazeta.ru”da Azərbaycan və Türkiyə ilə bağlı ard-arda iki məqalə yayımlayıb. Həmin məqalələrdən biri “Moskvanı udmaq: Türkiyə türk dünyası necə qurur?” adlanır. İkinci məqalə isə “Конфликт в Закавказье ни при чем: почему Россия проверяет войска?” adlanır.
Bildirək ki, birinci məqalə müəllifi Aleksey Qryazevdir. JAMAZ.İNFO həmin məqalədəki maraqlı məqamları oxucuların diqqətinə çatdırır.
Müəllif yazır ki, Azərbaycan və Türkiyə arasındakı sıx dostluq münasibətləri Rusiya üçün təhlükədir. “Burada problem təkcə, Türkiyənin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə müdaxilə etməsi deyil. Ən böyük təhlükə, Türkiyənin artıq Xəzərin o biri tayına qədər uzanması və ələ keçirməsidir”.
Qryazev yazır ki, uzun illərdir Ankara Orta Asiyadakı türkdilli dövlətləri ələ keçirmək və orada möhkəmlənməyə çalışır. Bunun üçün təşkilatlar, əməkdaşlıq edəcək qurumlar yaradır. “Türkiyə Azərbaycan daxil olmaqla, bütün türk dilli dövlətlərə öz peykində pulsuz yer verib. Yerli kanallarının rahat yayımlanması üçün şərait yaradıb. Azərbaycan və Orta Asiya respublikalarından oxumağa gələn ildə 26 min tələbəyə pulsuz təhsil haqqı tanıyıb. Məqsəd onları öz ideologiyasına uyğun yetişdirmək və gələcəyə hazırlamaqdır”.
Gazeta.ru-dakı məqalədə daha sonra qeyd edilir: “Bakıda keçirilən son Qarabağ mitinqindən sonra məlum oldu ki, Azərbaycanda ruslar heç də dost hesab olunmurlar. Biz həmin aksiyada Aazərbaycanda klassik siyasi şüarları eşitməyə başladıq. Məsələn, “rus, fars, edməni- bunlar Türkün düşməni”. Fəalların ritorikası təsdiq edir ki, əsrlərdir davam edən Rrusiya-Türkiyə qarşıdurması dayanmayıb, yox olmayıb, əksinə, yeni forma alıb”.
Qryazev bütün bunların fonunda diqqəti Şimali Qafqaza yönəldir. O deyir ki, Rusiyada hazırda tatarlar, başqırdlar, yakutlar və digər türk dilli xalqlar yaşayır. “Türkiyənin Rusiyada yaşayan tatarlar, başqırdlar, yakutlar və digər türkdilli xalqlara humanitar dəstəyi danılmazdır. Bu ilk baxışdan adi görünə bilər. Lakin Türkiyənin Orta Asiya və Azərbaycanda həyata keçirdiyi siyasətdən məlum olan odur ki, həmin humanitar dəstəyin arxasında, imperiya maraqları və Moskva ilə xalqlar arasında narazılığın yaradılmasına nail olmaqdır”.
Müəllif sonda yazır: “Türkiyə Rusiya ilə hər nə qədər yaxın münasibət malik olsa da, bu Ankaranın ənənəvi siyasətindən imtina etməsinə gətirib çıxarmayacaq. Özünü Osmanlı İmperiyasının varisi hesab edən və hazırda hakimiyyətdə olan millətçi qrup keçmiş SSRİ-dən qalma türkdilli xalqları özünə biləşdirmək və yeni türk dünyası yaratmaq istəyindən əl çəkməyəcək”.

Oxunub: 73



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər