YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Vətən Müharibəsi qazisin ailəsini ziyarət etmişlər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov  Vətən Müharibəsi qazisin ailəsini ziyarət etmişlər.

Vətən Müharibəsi qazisi ziyarət edilmişdir
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın əməkdaşları ilə birlikdə Vətən Müharibəsi qazisi Bayramov Qorxmaz İlham oğlunun ailəsini ziyarət etmişlər. Ziyarət zamanı çay süfrəsi arxasında söhbət edilmişdir.
Söhbət zamanı Qorxmaz Bayramov bildirmişdir ki, o 2016-ci ilin aprel döyüşlərində də Lələtəpə və Talış uğrunda gedən döyüşlərdə də iştirak edib. Həmin döyüşlərdə qazandığı təcrübə Vətən Müharibəsi döyüşlərində onun köməynə çatıb. Qorxmaz Bayramov bildirdi ki, Vətən Müharibəsi başlayan gün -27 sentyabrda döyüşlərə qatılmış, Füzuli, Qubadlı, Zəngilan və Laçın rayonlarının erməni işğalçılarından azad edilməsi əməliyyatında iştirak etmiş, 23 oktyabr 2020-ci il tarixdə Laçın rayonunun Güləbirt kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmış və uzun müddət qospitalda müalicə olunmuşdur. Döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə,” “Qubadlının azad olunmasına görə,” “Laçının azad olunmasına görə,” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Qorxmaz Bayramov eyni zamanda bildirmişdir ki, aldığı yaralara görə əlillik dərəcəsi təyin edilmiş, təqaüdlə təmin edilmişdir. Bundan başqa “Yaşat” Fondu tərəfindən və “Ağcabədi Mərkəzi xəstəxanası publik hüquqi şəxs” tərəfindən müalicəsinə mütəmadi olaraq kömək göstərilir.
Söhbət zamanı Rövşən Əhmədov Qorxmaz Bayramovun üzləşdiyi çətiliklər barədə maraqlanmışdır. Qorxmaz Bayramov bildirmişdir, hazırda ailəsində 3 övlad böyüyür. 2 qız övladından sonra bu yaxınlarda dünyaya gəlmiş oğlunun ana südü ilə təmin olunmasında problem yarandığı üçün əlavə süni uşaq qidasına ehtiyac duyulur. Rövşən Əhmədov böyüyənə qədər körpənin süni qida əlavəsi ilə təmin edilməsinə kömək ediləcəyini bildirmişdir.
Görüşün sonunda Qorxmaz Bayramov şəhid ailələri və qazilərə daimi olaraq qayğı göstərildiyinə görə Ölkə Prezidenti cənab İlham Əliyevə və qazi kimi ailələrinə göstərilən köməyə görə YAP Ağcabədi rayon təşkilatının kollektivinə təşəkkür etmişdir.