Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.

Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.


Vətən müharibəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Obyektiv.info xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Mülki müdafiə qoşunlarının əməkdaşları və şəhidin ailə üzvləri əvvəlcə Gəncə Şəhidlər xiyabanı abidəsini, sonra şəhid Rəşad Şəfiyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Çıxış edən M.İsmayılov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. Qeyd edib ki, 2019-cu il iyulun 4-dən FHN-in Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan Rəşad Şəfiyev işgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilmişdi.
Diqqətə çatdırılıb ki, Şəfiyev Rəşad Vaqif oğlu 1991-ci il oktyabrın 13-də Gəncə şəhərində doğulub. 1997-ci ildə M.P.Vaqif adına 8 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.
2019-cu ilin iyulundan Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutması zamanı axtarış-xilasetmə çalışmalarında fəal iştirak edib. Həmin il oktyabrın 27-də Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə işlərinə qatılıb. Oktyabrın 28-də Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəfiyev Rəşad Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilib.
Anım mərasimindən sonra şəhidin ailəsi ziyarət olunub.

Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.
Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.