Yollara tramplin qoyanların DİQQƏTİNƏ: 12 min manat CƏRİMƏSİ VAR

Yollara tramplin qoyanların DİQQƏTİNƏ: 12 min manat CƏRİMƏSİ VAR


Paytaxt Bakıda, o cümlədən regionlarda xüsusilə məhəllədaxili yollarda kustar üsullarla nəqliyyat vasitələrinin hərəkət sürətini zəiflətmək üçün süni maneələr (tramplinlər) düzəldilir. Bəzən nabələd sürücü həmin tramplinlərdən keçən zaman avtomobilinə ziyan dəyir, yaxud qəza baş verir. Bəs görəsən bu qanunidirmi? Yəni, istənilən şəxs istədiyi yerdə bu cür maneə düzəldə bilərmi?

Lakin bu maneələri yaradanları da qınaq obyektinə çevirmək düzgün olmaz. Çünki sürücülər sürət həddinə riayət etmir və insanlar məcbur olaraq bu addımı atırlar. Yaxşı olardı ki, məsələ qanunvericiklə tənzimlənərdi.

İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsi avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması haqqındadır. Məcəllədə deyilir ki, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Nəzərə alsaq qanunvericikdə süni maneə nəzərdə tutulmayıb. Odur ki, qanunsuz bu əməli edən şəxslər cərimələnə bilər.

Orxan