Baş nazirdən göstəriş: Bakıdakı binalar yoxlanılacaq

Baş nazirdən göstəriş: Bakıdakı binalar yoxlanılacaq


Türkiyədə baş verən faciəvi zəlzələdən sonra Azərbaycanda inşa olunan çoxmərtəbəli yaşayış binalarının ekspertizası aparılacaq.

“Yeni Sabah” bildirir ki, bu barədə Gunusesi.info-ya hökumətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki , Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyatı qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığı və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaqlar.