Obyektiv.info
 Valyuta məzənnəsi

“Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib

Tarix:19-02-2019, 13:50

“Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib
Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının, bank, kredit və sığorta təşkilatlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri və digər qurumların təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Rəqəmsallıqla Reallığa” tədbirinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edən Asim Zülfüqarov və “Paşa Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, "GoldenPay" şirkətinin təsisçisi və müşahidə şurasının üzvü Fərid İsmayılzadə ölkəmizdə maliyyə və bank siyasəti sahəsində, elektron hökumət quruculuğu sahəsində görülən işlərdən danışıblar.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov mərkəz tərəfindən reallaşdırılan “ASAN Finans” layihəsinin qurumlar üçün yaratdığı üstünlüklərdən bəhs edən təqdimatla çıxış edib. O, bildirib ki, Elektron Hökumət İnformasiya Sisteminin alt-sistemi olan “ASAN Finans” sistemi vasitəsilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz və məsafəsiz xidmət göstərilməsini təmin etməkdir.

Tədbir sual-cavab sessiyası və müzakirələrlə davam edib.
Oxunub: 130



XƏBƏR LENTİ