Obyektiv.info
 Valyuta məzənnəsi

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdəki video ilə bağlı məlumat yayıb

Tarix:9-04-2019, 12:48

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdəki video ilə bağlı məlumat yayıbDövlət Gömrük Komitəsi sosial şəbəkələrdəki video ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

“Dövlət Gömrük Komitəsi bildirir ki, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”, - deyə məlumatda qeyd edilir.

Oxunub: 132



XƏBƏR LENTİ