Obyektiv.info
 Valyuta məzənnəsi

Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşları qəbul edəcək

Tarix:12-04-2019, 12:47

Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxunub: 130



XƏBƏR LENTİ