Obyektiv.info
 Valyuta məzənnəsi

Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Tarix:18-04-2019, 13:10

Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edibAzərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 19 vətəndaş iştirak edib.

Müraciətlər gənclər və idman sahələri, Gənclər evlərinin fəaliyyəti, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığının verilməsi ilə bağlı olub.

Bununla yanaşı, vətəndaşlar şəxsi məsələ, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı da müraciət ediblər.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirib.

Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldilib.

Oxunub: 118



XƏBƏR LENTİ