Obyektiv.info
 Valyuta məzənnəsi

Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub

Tarix:19-04-2019, 15:49

Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olubPrezident İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxt Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsədi əhali ilə sıx təmasda olmaq, onların problemlərini dinləmək, suallarını cavablandırmaq və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir.

Növbəti belə səyyar görüş Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən, 600 nəfərə yaxın sakinin məskunlaşdığı 207 və 209 saylı yaşayış binalarının ətrafında keçirilib. Bu barədə AZƏRTAC-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış etdikdən sonra söz sakinlərə verilib. Çıxış edən rayon sakinləri yaradılmış şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib, xoş arzularını çatdırıblar.

Qeyd edək ki, İDEA ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Abad həyət” layihəsi Binəqədi rayonunda da uğurla icra olunur. Layihə çərçivəsində binaların ətrafında yeni oturacaqlar quraşdırılıb, həmişəyaşıl ağaclar əkilib. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ attraksionlar sakinlərin istifadəsinə verilib.

Oxunub: 142



XƏBƏR LENTİ