Obyektiv.info
 Valyuta məzənnəsi

Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib

Tarix:3-05-2019, 13:32

Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilibMayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransda çıxış edərək bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan mətbuatdır. O, Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər media, istərsə də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün söz azadlığının hüdudları o qədər genişdir ki, bu, medianın inkişafı deməkdir. Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. H.Babaoğlu vurğulayıb ki, milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən mənfi hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxış edərək Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Konfrans müzakirələrlə davam edib.

Oxunub: 142



XƏBƏR LENTİ
İcra başçısı şəhidin barelyefinin qoyulmasına, bulaq tikintisinə imkan vermədi
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri...
Unibank Bərdədə müəllimi necə "yüklədi"
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini