Obyektiv.info
 Valyuta məzənnəsi

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

Tarix:18-06-2020, 16:52

“Nar” gənclərin onlayn keçirdikləri tədbirə dəstək olub

“Nar” gənclərin inkişafına, liderlik bacarıqlarının və potensiallarının üzə çıxarılmasına önəm verən “AIESEC Azərbaycan” beynəlxalq tələbə gənclər təşkilatının onlayn keçirilmiş tədbirinə dəstək olub...
Şirkətdən obyektiv.info-ya verilən məlumata görə, dünyada yayılan “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərin keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, təşkilat “Evdə qal: gələcəyini qur” adlı tədbirini karantin tələblərinə uyğun olaraq onlayn keçirib. İyunun 4-8-də keçirilmiş tədbirdə müxtəlif sahələrdən 200-ə qədər gənc iştirak edib.

Tədbirin əsas məqsədi pandemiya vəziyyətinə uyğun gələcəkdə uyğunlaşma problemi yarandıqda gənclərə dəstək olacaq seminarlar keçirməkdir. Seminarlar “Post-pandemiyada dünya”, “Karyera”, “Maliyyə”, “Sağlamlıq” kimi mövzuları əhatə edib. “AIESEC” dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 34 mindən çox üzvü olan dünyanın ən böyük beynəlxalq tələbə gənclər təşkilatlarından biridir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Oxunub: 24



XƏBƏR LENTİ
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM