Obyektiv.info
 Valyuta məzənnəsi

"Yanvara qədər dərslər distant formada, onlayn şəkildə həyata keçiriləcək"

Tarix:22-06-2020, 19:43

"Yanvara qədər dərslər distant formada, onlayn şəkildə həyata keçiriləcək"

Milli Məclis təhsil haqqında qanunvercilikdə müəyyən düzəlişlərin olunması üçün qərar qəbul edə bilər

COVID-19-a yoluxmanın azalmaqdansa, daha da artması insanların bir sıra planlarını alt-üst etdi. Artıq virusun payız aylarında daha çox yayılacağı ilə bağlı ehtimallar da var. O üzdən insanlar düşünürlər ki, ölkədə mart ayından bağlanmış təlim-tədris müəssisələri heç sentyabr ayında da açılmayacaq. Prezident İlham Əliyevin “Microsoft” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda sölədiyi fikirlər bu ehtimalı daha da artırdı.

"Yanvara qədər dərslər distant formada, onlayn şəkildə həyata keçiriləcək"

Prezident həmin çıxışı ilə, bir növ hər kəsi ən piss ssenariyə hazır olmağa səslədi: “Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Dövlət başçısının bu fikirləri həm də onu deməyə əsas verir ki, ölkədə mart ayından ttbiq olunmağa başlanmış distant təhsil üzərində işlənilməli, səmərəliliyini artırmaq lazımdır. Maraqlıdıdır, təhsil ekspertləri bu məsələdə necə düşünür? Dominant.az-ın mövzu ilə bağlı suallarına təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirib.

E.Əfəndi düşünür ki, mövcud vəziyyətlə əlaqədər olaraq 2020/2021-ci tədris ilinin sentyabr ayından ənənəvi qaydada başlanılması sual altındadır: “Fikrimcə, dərslər distant formada, onlayn şəkildə həyata keçiriləcək. Bilirsiniz ki, distant formada təshilin daha da səmərəliliyini artırmaq üçün, əhatəliliyin tam təmin olunması üçün “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində danışıqlar gedir. Təhsil Nazirliyi “Microsoft times” proqramı vasitəsilə ali təhsil və orta ixtisas təhsil müəssisələrində dərslərin keçirilməsinə nail oldu. Bundan əlavə "virtual məktəb" layihəsi çərçivəsində orta məktəblərdə dərslərin təşkili və tədrisinə də nail olundu. Təbii ki, burada tam əhatəlilik təmin olunmasa da, distant formada təhsilin verilməsi üçün işlər görüldü. Hazırda distnat təhsillə bağlı daha da təkmilləşdirilmə aparılır: “Bütün bunlar isə onu deməyə əsas verir ki, növbəti tədris ilində dəsrlər onlayn formada təşkil olunacaq”.

"Yanvara qədər dərslər distant formada, onlayn şəkildə həyata keçiriləcək"

Ekspert pandemiyanın davam edəcəyi təqdirdə payızda məktəblərin açılmasını məqbul hesab etmir: “Ölkədə təhsil alan və təhsil verən əhali qrupu, təxminən, 2 milyon nəfərə yaxındır. Bu isə o deməkdir ki, virusun yayılması ani zaman kəsimində baş verər. Bundan əlavə qeyd edim ki, payız fəslində mövsümi xəstəliklər, qrip və s. daha çox yayıldığı üçün əhalinin bu təbəqəsini risqə atmaq doğru olmaz. Bütün bunları nəzərə aldıqda indiki durumdan yeganə çıxış yolu məhz distant formada təhsilə üstünlük verilməsidir. Yaxın vaxtlarda Milli Məclis hər halda təhsil haqqında qanunvercilikdə müəyyən düzəlişlərin olunması üçün qərar qəbul edə bilər. Onlardan biri də məhz distant formada təhsilin ölkəmiz üzrə tanınmasıdır”.

Müsahibimizin fikrincə, növbəti tədris ilinin ilk yarısı təhsil məhz distant formada həyata keçiriləcək: “Əgər pandemiya vəziyyətin cari ilin sonunda aradan qalxarsa, və COVİD-19-a qarşı vaksin hazırlanarsa, o zaman 2020/2021-ci tədris ili II yarımildən etibarən ənənəvi qaydada təhsil müəssisələrində mümkün ola bilər”.

E.Əfəndi bu müddətdə təhsilimizin itkilərindən də danışıb: “Təəssüflər olsun ki, istənilən halda biz distant təhsil formasına hazır olmadığımız üçün təhsil üzrə müəyyən itkilərimiz oldu və bu qarşıdakı vaxtda da davam edəcək. Bu itkilər ondan ibarətdir ki, bir sıra şagird, tələbə və müəllimlərin təhsildən aralı qalmaqla bilik və bacarıqlarının inkişafı zəiflədi. Bunun bariz nümunəsini biz bu ilin dekbar ayında Dövlət İmtahan Mərkəzinin illik yekun hesabatında görə biləcəyik. Ötən illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində nə qədər enmə olduğuna, həmçinin müəllimlərin işə qəbul, sertifikasiya imtahanlarında da bunun şahidi olacağıq”.

Həmsöhbtimizin qənaətincə, əgər ölkə əhalisi vaxtında distant təhsili qəbul etsəydi və bu prosesə adapatasiya olsaydıq nəticə ürəkaçan ola bilərdi, yüksək nəticə ala bilərdik: “Biz hər zaman ənənəvi təhsil üzrə tədris almışıq. Və indiki halda ənənəvi təhsil distant təhsili, əlbəttə ki, nəticələr baxımından üstələyir. Düşünürəm ki, bu proses uzun sürərsə, bir müddət sonra aradakı uçurum fərq ortadan qalxacaq. Daha çox itki olmaması üçün mütləq ölkədə internet əhatəliliyi tam təmin olunmalıdır. İnfomrasiya texnologiyalarını bilən müəllim heyəti işə cəlb edilməlidir. Həmçinin istifadə olunan resurslar barədə müəllimlərə seminarlar keçilməlidir. Bütün bunlarla yanaşı təhsil alanların texnoloji avadanlıqlarla təmin olunmasına çalışılmalıdır. Əgər bütün bu məsələlərdən aradan qalxarsa, o zaman itkimiz olayacaq. Əks halda isə itkinin daha çox olacağı qaçılmazdı”.

Oxunub: 116



XƏBƏR LENTİ
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi
Dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Azərbaycan ordusunun generalı şəhid olub - Rəsmi açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
Paşinyanın arvadı azərbaycanlı analara müraciət etdi
DTX sabiq müdafiə nazirini həbs etdi - Təxribat ittihamı...
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı. Fotolar
İlyas Hacıyev Nazirlikdə keçirilən əməliyyatdan dərs götürməyib...
Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Baş prokurorluqdan azyaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı yayılmış yeni məlumatlar haqqında AÇIQLAMA
Azərbaycanda kəndi sel basdı - maşın sular altında qaldı - VİDEO
Ramiz Mehdiyevdən yazılara cavab - "Uydurma və böhtanlardan ibarətdir"
Ata övladlığa götürdüyü azyaşlı qızı ilə evlənə bilər
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI – Əməliyyat videosu
DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı
Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM
Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM