Obyektiv.info
 Valyuta məzənnəsi

COVİD-19-a dair daha bir MİF

Tarix:27-06-2020, 20:45

COVİD-19-a dair daha bir MİF


Koronavurusun ağcaqanadlar vasitəsilə də yayılması iddiası təkzib olunub.

Obyektiv.info xəbər verir ki, təkzib materialını İtaliya alimləri təqdim edib. Mütəxəssis qrupunun hazırladığı məqalədə bildirilir ki, ağcaqanadlar virus daşıyıcısı ola bilməzlər. Bu barədə araşdırma nəticəsi “MedicalXpress"də yayınlanıb.

Mütəxəssislər bildiriblər ki, araşdırma İtaliya Milli Səhiyyə İnstitutunda aparılıb. Xəstə adamların qanını soran ağcaqanadların virusu sağlam insana yoluxdurması barədə bundan əvvəlki bəzi fikirlər elmi əsaslarla təkzib olunub.

Qrupun araşdırması Ümumdünya Səhiyyə Təşkilatının da hesabatında yer alan qan soran həşəratlar vasitəsilə virusun yayılmasının qeyri-mümkünlüyünü təsdiqləyib.

Oxunub: 59



XƏBƏR LENTİ