Obyektiv.info
 Valyuta məzənnəsi

Koronavirusu tez və effektiv məhv edən üsul aşkarlandı

Tarix:20-07-2020, 17:45

Koronavirusu tez və effektiv məhv edən üsul aşkarlandı



spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.

“Report” xəbər verir ki, bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.

Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.

“Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.

Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.

Bütün bu materiallar qısa dalğalar aralığında – ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, – Klerici bildirib.

Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxunub: 24



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər